Mustafa Şentop Azərbaycana səfərə gəlir

13:42 25.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir.

Hafta.az-ın məlumatına görə, üçtərəfli görüş iyulun 27-də keçiriləcək. Görüşdə "Bakı Bəyannaməsi" imzalanacaq.

Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Bildirilir ki, M.Şentop həmçinin Şuşa və Füzuliyə də səfər edəcək.